Yaponiya saytı: "Ermənistan ordusu bu ərazilərdən çıxmalıdır"
01 oktyabr 2020 12:15 (UTC +04:00)

Yaponiya saytı: "Ermənistan ordusu bu ərazilərdən çıxmalıdır"

Yaponiyanın “news.yahoo.co.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda döyüşlərin dayanması üçün Ermənistan ordusunun işğal edilmiş ərazilərdən tam çıxmalı olması ilə bağlı bəyanatını yayıb.

Lent.az xəbər verir ki, yazıda Ermənistan ordusunun Azərbaycana qarşı təxribatlarından sonra sentyabrın 27-dən başlayan əks-hücumun hələ davam etdiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan rəhbərliyi bu qərarında qətiyyətlidir.

Azərbaycan Prezidentinin sözlərini sitat gətirən sayt yazıb: “Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək”.

Yazıda həmin torpaqların tarixi Azərbaycan əraziləri olması xüsusi qeyd edilir. Məqalədə münaqişənin tarixinə də toxunulur. Bildirilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan bu regionunda indi yalnız ermənilər yaşayırlar. Bu torpaqların azərbaycanlı sakinləri ya məhv edilib, ya da oradan qovulublar. İşğal olunmuş ərazilərdə yaradılan dırnaqarası “Dağlıq Qarabağ respublikası” isə heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən tanınmayıb.

Yazıda Ermənistan ordusunun Dağlıq Qarabağın ətrafında yerləşən daha yeddi rayonu işğal altında saxlaması barədə məlumatlar da yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar

İran Əl-Colaniyə sui-qəsd  hazırlayır - İDDİA

İran Əl-Colaniyə sui-qəsd hazırlayır - İDDİA

13 fevral 2025 , 18:16
Subay kişilərin  heyvanxanaya girişinə qadağa qoyuldu

Subay kişilərin heyvanxanaya girişinə qadağa qoyuldu

13 fevral 2025 , 14:17
Ata yeni doğulan körpəsini torbaya qoyub küçəyə atdı - HADİSƏ ANI

Ata yeni doğulan körpəsini torbaya qoyub küçəyə atdı - HADİSƏ ANI

13 fevral 2025 , 13:36
Ana 3 qızını öldürüb intihar etdi

Ana 3 qızını öldürüb intihar etdi

13 fevral 2025 , 13:09
Mask Ağ Evdə yatır

Mask Ağ Evdə yatır

13 fevral 2025 , 07:46
Fransada partlayış:  çox sayda yaralı var

Fransada partlayış: çox sayda yaralı var

13 fevral 2025 , 06:58
Tramp Putinlə bu ölkədə  görüşmək istəyir

Tramp Putinlə bu ölkədə görüşmək istəyir

13 fevral 2025 , 03:43
Tramp Zelenski ilə nədən danışıb? -YENİLƏNİB

Tramp Zelenski ilə nədən danışıb? -YENİLƏNİB

12 fevral 2025 , 22:36